Masallı idmançılarının növbəti uğurları

29 Oktyabr 2018 14:12 (UTC+04:00)

 Rusiya Federasiyasının Samara şəhərində Taekvando idman növü üzrə yeniyetmələr arasında keçirilən “Məğlubedilməz güc”adlı Beynəlxalq turnirində Masallı rayon Gənclər və İdman idarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəbinin yetirmələri Rahid Nahid oğlu Vəliyev 37 kiloqram çəki dərəcəsində I yerə,  Yusif İlham oğlu Müzəffərov 41 kiloqram çəki dərəcəsində II yerə layiq görülmüşlər.
       Bundan başqa  Rahid Nahid oğlu Vəliyev bu ilin noyabr ayında İspaniyada keçirilən şəxsi Avropa Çempionatına və Klublararası Avropa Çempionatına vəsiqə qazanıb.
      Təbrik edirik!
                                                              

Əlihüseyn Şükürov