Masallıda ikimərtəbəli ev yanıb

29 Oktyabr 2018 15:15 (UTC+04:00)

Masallı rayonunun Bədəlan kəndində 9 otaqlı ev yanıb.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 356 kv.m olan ikimərtəbəli evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.