Azərbaycanda vətəndaş həmrəyliyi ölkəmizin uğurlu inkişafının əsas şərtdir

30 Oktyabr 2018 08:00 (UTC+04:00)

“Ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür”. Bu sözləri VI Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı  Prezident İlham Əliyev bildirib. 

Prezident qeyd edib ki, sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir: “Bu gün Azərbaycanda yaşanan vətəndaş həmrəyliyi ölkəmizin uğurlu inkişafı üçün əsas şərtdir”.
Siyasilərin sözlərinə görə, güclənməkdə olan vətəndaş həmrəyliyi ölkəmiz üçün yeni uğurların təməlidir. Politoloq Adıgözəl Məmmədov bildirir ki, cənab Prezidentin vurğuladığı kimi, Azərbaycandakı sabitlik, inkişaf xalqımızın ümumi həmrəyliyindən qaynaqlanır: “Bu həmrəyliyin də əsasında ölkədə həyata keçirilən maarifləndirmə siyasəti dayanır. 21-ci əsrdə yaşayırıq. Yetərincə fərqli informasiya mənbələrinə malikik. 
Bundan başqa, nəzərə alaq ki, Azərbaycan əhalisinin təhsil səviyyəsinə görə, regionun aparıcı dövlətlərindən biridir. Bu məsələdə hətta Türkiyə və İranı qat-qat üstələyirik. Ziyalılarımız da cəmiyyətin aparıcı hissəsi hesab olunur. Həmçinin həyata keçirilən siyasət sırf Azərbaycan xalqının mənafeyinə, ölkəmizin strateji məqsədlərinə, regionda ictimai, siyasi, iqtisadi cəhətdən güclənməsinə hesablanıb. Həyata keçirilən bu total siyasətin arxasında Azərbaycan xalqının milli-mənafeyi dayanır. Bunu görən, anlayan Azərbaycan cəmiyyətinin ziyalı hissəsi də aparıcı qüvvə olaraq, həmrəyliyin əsasını təşkil edir. Eyni zamanda dövlətin təbliğatçısına çevriliblər. Məhz Azərbaycan cəmiyyətinin həmrəyliyinin əsasında ölkənin siyasi rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasət dayanır”.
Digər siyasi şərhçi Ehtiram Aşırlı bildirdi ki, dövlət  başçısı İlham Əliyevin Forumdakı nitqində dünyaya önəmli mesajlar öz əksini tapıb: “Cənab Prezidentin də bəhs etdiyi kimi Ulu Öndərimizin yeritdiyi uğurlu daxili və xarici siyasətin nəticəsində ölkəmizdə sabitliyin və vətəndaş həmrəyliyinin təməli möhkəmdir. Prezident İlham Əliyevin də həyata keçirdiyi uğurlu siyasətin nəticəsində ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür. 
Azərbaycanda getdikcə güclənməkdə olan vətəndaş həmrəyliyi, sabitlik və təhlükəsizlik  ölkəmizə qarşıdakı dövr ərzində daha böyük tədbirlərə, layihələrə ev sahibliyi etmək imkanı qazandıracaq. Azərbaycan artıq beyəlxalq arenada öz sözünü deyn və töhfəsini vermiş bir ölkədir. Bir çox ölkələr artıq bizimlə daha böyük iqtisadi, enerji layihələri və hərbi əməkdaşlıq həyata keçiriməsində maraqlıdırlar. Təbii ki, bütün bunlar cənab Prezident İlham Əliyevin reallaşdırdığı uğurlu daxili və xarici siyasətin nəticəsində ölkədə hökm sürən sabitlik, təhlükəsizlik və vətəndaş həmrəyliyi ilə əlaqələdir. Bütün bu uğurların arxasında Prezident və xalq birliyi, həmrəyliyi durur. Xalq dövlət başçısına, dövlət başçımız da xalqına güvənir”.
Mübariz BAYRAMOV