İkimərtəbəli evdə yanğın

29 Oktyabr 2018 17:16 (UTC+04:00)

Masallı rayonunun Bədəlan kəndində 9 otaqlı evdə yanğın olub.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 356 kv.m olan ikimərtəbəli evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.