Salyanda dava: 28 yaşlı kişi bıçaqlandı

30 Oktyabr 2018 09:24 (UTC+04:00)

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Borankənd kəndində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Zülfüqarlı Röyal Ağasəf oğlu həmkəndlisi, 1990-cı il təvəllüdlü Əhmədov Elsevər Razim oğlunu şəxsi münasibətlər zəminində bir neçə dəfə bıçaqlayıb.

 

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsini 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində R.Zülfüqarlı şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.