Şəhər merinin qızı əxlaqsızlığa görə tutuldu - FOTO

30 Oktyabr 2018 10:22 (UTC+04:00)

Atası şəhər meri olan 32 yaşlı qadın pedofilliyə görə saxlanılıb.

Movqe.az milli.az-a istinadla xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatının Lodi qəsəbəsində 32 yaşlı müəllim 16 yaşlı şagirdi ilə intim münasibətdə olub.

Stefani Karafa (Stephanie Carafa) adlı qadın adı açıqlanmayan 16 yaşlı şagirdinə çılpaq şəkillərini göndərib, onu cinsi əlaqədə olmağa təhrik edib.

O, məsələ ilə bağlı hələlik hər hansı açıqlama verməyib. Cümə günü onun ilk məhkəməsi keçiriləcək.

 

Stefani Berqen əyalətindəki "Thomas Jefferson High School"da müəllimə işləyib. Onun atası - Emil Carafa məktəbin yerləşdiyi ərazinin meridir.

Qeyd edək ki, cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir.