Bakıda dönərxana yandı

31 Oktyabr 2018 11:12 (UTC+04:00)

Bakıda dönərxana yanıb.

Movqe.az-ın məlumatına görə, FHN xəbər verir ki, Nizami rayonunda ümumi sahəsi 10 m² olan tikiliyə (dönərxana kimi fəaliyyət göstərir) bitişik 2 ədəd soyuducu və 0.5 m² sahədə reklam lövhəsi yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.