Rusiya FTX-nın binasının önündə PARTLAYIŞ: ölən var

31 Oktyabr 2018 11:47 (UTC+04:00)

11:41

Rusiyanın Arxangelsk vilayətində Federal Təhlükəsizlik Xidmətinin binası yaxınlığında partlayış baş verib.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində azı 1 nəfər həlak olub.

Ölən şəxsin kimliyi müəyyənləşdirilir. Onun FTX əməkdaşı olmadığı deyilir.

Hazırda binada təxliyə aparılır. Hadisə ilə bağlı araşdırma başlayıb.

 

---------
10:29

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Arxangelsk şəhər idarəsinin binasının qarşısında partlayış baş verib.

Movqe.az TASS-a istinadən bildirir ki, partlayışda bir nəfər yaralanıb.