Kəsmik yuxuda da orqanizmdəki yağları yandırır

31 Oktyabr 2018 21:00 (UTC+04:00)

"British Journal of Nutrition" jurnalında yeni elmi məqalə dərc edilib.

Movqe.az ölkə.az-a istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatındakı universitetin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar. Məlum olub ki, yuxudan əvvəl kəsmik qəbul etmək orqanizmdəki yağın və piyin miqdarını azaldır.

Təcrübədə yaşı 20-dən çox olan könüllülər iştirak edib. Onlar yuxudan 30-60 dəqiqə əvvəl kəsmik yeyiblər. Nəticələr göstərib ki, yuxudan əvvəl kəsmik qəbul etmək əzələlərə müsbət təsir edir, maddələr mübadiləsini sürətləndirir və sağlamlığı yaxşılaşdırır. 

 

Ekspertlərin sözlərinə əsasən, bu, orqanizmə asta-asta daxil olan kazein səbəbindən baş verir və amin turşusunu stabilləşdirir. Eyni zamanda orqanizm qida həzmi üçün böyük enerji sərf edir. Bu isə yuxuda da kalori yandırmağa kömək edir.