İranlı aradan çıxdı, azərbaycanlılar həbsxanaya göndərildi
22 Aprel 2013 11:43 (UTC+04:00)
Təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin həyata
keçirdiyi əməliyyat tədbiri nəticəsində həbs olunublar. Hər iki
şəxs və hazırda şəxsiyyəti istintaqla araşdırılan Abuzər adlı İran
vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz əldə
etdikləri külli miqdarda narkotik vasitəni gömrük sərhədindən
gömrük nəzarətindən kənar keçirməklə İran istiqamətindən
Azərbaycanın Cəlilabad rayonunun ərazisinə gətiriblər.
Qrupun üzvləri həmin narkotik vasitəni Lənkəran şəhəri
istiqamətində gizli daşıyarkən yaxalanıblar, onlardan 14 kiloqram
859 qram tiryək aşkar edilərək götürülüb.
Məhkəmənin hökmü ilə Ş.Həmidov 13 il, C. Kazımov isə 12 il 6 ay
müddətinə azadlıqdan məhrum edilib.