«Xəmsə»-Azərbaycan Milli İntelektual oyunu üzrə turnir Özbəkistan və Rusiyada keçiriləcək

22 Aprel 2013 16:21 (UTC+04:00)

Nəzərinizə çatdırırıq ki ölkəmizdə 2007-ci ildən başlayaraq hər il Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən  "Xəmsə" Milli İntelektual oyunu üzrə  Azərbaycan çempionatları keçirilir.


Mövqe.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Gənclərin İntellektual İnkişaf Mərkəzi"nin sədri Faiq Hüseynov "Xəmsə" Milli İntelektual oyunu üzrə  turnirin təşkili məqsədi ilə Özbəkistan Respublikasının Daşkənd şəhərinə ezam olunub.


Eyni zamanda 03-05 may 2013-cu il tarixlərdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində  keçiriləcək və 14 ölkədən 500 eruditi birləşdirən  intellektual oyunlar üzrə "Znatokiada-2013" beynəlxalq turnirinə də  "Xəmsə" oyunu da keçiriləcək.