Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Movqe.az-a verilən məlumata görə, noyabrın 13-də saat 20 radələrində Şabran rayonu ərazisində şəhər sakini Paşa Babayev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Ağalıq kənd sakini Nurəddin Əzizovu vurub. Xəstəxanaya yerləşdirilmiş N.Əzizov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.