Mütəxəssislər belə hesab edirlər ki, tez-tez çimmək dərinin turşu-qələvi balansını pozur, bakteriya və göbələklərdən onun təbii qorunmasını əngəlləyir.
İsrail həkimlərinin fikrincə, maye sabun və gel kimi vasitələrlə yuyunma faydalı deyil.
İTAR-TASS-ın İsrail həkimi Raheli Lusatiyə istinadən verdiyi məlumata görə, hətta yayda da, həftədə 2 dəfədən çox duş qəbul etmək lazım deyil.
Mütəxəssisin sözlərinə görə, hər gün müxtəlif sabun vasitələri ilə yuyunmaq insan orqanizmi üçün zərərlidir. Belə ki, tez-tez çimmək dərinin turşu-qələvi balansını pozur, bakteriya və göbələklərdən onun təbii qorunmasını əngəlləyir.
Tərkibində səthi-aktiv maddələrin çox olmasına görə, maye sabun daha ciddi təsirə malikdir. Bundan başqa, maye sabun dəridən daha pis yuyulur.
Həkim gündəlik gigiyena qaydalarına əməl etmək şərtilə, həftədə 2 dəfə duş qəbul etməyi məsləhət görür.