İspaniyada Əl-Qaidə əməliyyatı
23 Aprel 2013 16:33 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İspaniya polisi Əl
Qaidəylə əlaqəli olduqlarından şübhələnilən iki şəxsin nəzarətə
alındığını bildirib. İspaniya, Fransa və Mərakeşin əməkdaşlığıyla
həyata keçirilən əməliyyat nəticəsində ələ keçirilən bu kəslərdən
Cəzayir əslli şəxsin Zaragozada, Morokko əslli şəxsin isə Murciada
nəzarətə alındığını deyilib.
Daxili İşlər Nazirliyinin nümayəndəsi nəzarətə alınanlarla
əlaqədar çox şərh verməyərək şübhəlilərin rəsimlərinin Boston
Marafonuna bombalı hücum təşkil edən Cövhər və Tamerlan Tsarnayev
qardaşlarıyla bənzərlik göstərdiyini iddia edib.