Milli.Az xəbər verir ki, sabah İstanbula qayıdacaq türkiyəli
seks simvol, müğənni Ebru Polad çox qısa zamanda yolunu
yenə buralardan salacaq.
Əməkdaşımıza verdiyi eksklüziv açıqlamasında Ebru, bu istəyini belə
şərh etdi: "Çox istedadlı bəstəkar-müğənni Nurlan Təhməzli ilə
tanış oldum. Və belə razılığa gəldik ki, o, mənim üçün bir neçə
mahnılar yazsın.
Sırf ona görə bir daha Azərbaycana qayıdacağam. Jurnalistlər
israrla ailə həyatı qurmamağımla maraqlanırlar. Onlara içimdən
gələn cavabım odur ki, həqiqətən, azərbaycanlı kişiyə ərə getmək
istəyirəm. Amma bu, Nurlan olmayacaq, bizi bir-birimizə işimiz
bağlayacaq".
Qeyd edək ki, Ebru Polad aprelin 25-də vətəninə qayıdacaq.