Bu ilin yanvar-oktyabr ayıarında paytaxtda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 114,5 milyon manat dəyərində məhsul istehsal edilib.
Movqe.az xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə cari ilin on ayında dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında 3,4 dəfə, toxuculuq sənayesində 68,8 faiz artım, geyim istehsalında isə 11 faiz azalma müşahidə olunub.