Silahlı Qüvvələrə Yardım Fonduna nə qədər pul ayrılıb?

1 May 2012 21:57 (UTC+04:00)

APA-nın məlumatına görə, Müdafiə Nazirliyinin rəsmi internet saytında yer alan məlumata görə, 1 may tarixinə Fondun manat hesabına 25 370 822 AZN, dollar hesabına 193 791 ABŞ dolları, avro hesabına isə 593 avro vəsait daxil olub.Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.