“Embawood” un prezidenti yeni bank acıb-Eksklüziv

25 Aprel 2013 20:07 (UTC+04:00)
"Embawood" şirkətinin baş direktoru Elşad Abbasov yeni bank açıb. Bu barədə məlumat Mövqe.az-a "Embawood" şirkətindəki etibarlı mənbədən daxil olub. Məlumata görə bankın adı "Emba Finans"dır. Mənbə bildirib ki, bank hələki "Embawood" şirkətinin istehsal etdiyi mebelləri alan müştəriləri maliyyələşdirir. Gələcəkdə isə bank bütün məhsullar üzrə istehlak kreditləri verəcək. Şirkətdən isə bildirdilər ki, "Emba Finans" hələki  "Embawood" şirkətinə məxsus mağazalara mebel satışı üzrə müştərilərə vəsait ayırır. Hələki bank olmayan kredit təşkilatıdır. Gələcəkdə sınanmış müştərilərinə istehlak kreditlərinin verilməsi gözlənilir.