Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Şirvanlı" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Movqe.az-a verilən məlumata görə, vətəndaşın əl yüklərinə rentgen aparatı ilə baxış zamanı konfet kağızlarına bükülmüş formada, konfetlərin arasından 10 ədəd 5 qramlıq şüşə flakonda kalium permanqanat aşklarlanıb.
Xatırladaq ki, kalium permanqanat "Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların IV Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.