Milli erotik klipin təqdimatı – VİDEO+FOTO

2 May 2012 13:41 (UTC+04:00)

Movqe.Az xəbər portalının məlumatına görə, E.Hüseynovun ifa etdiyi musiqisi Tərlan Məmmədhüseynov, sözləri Azər Şirinə məxsus olan "İki Ürək" mahnısına rejissor Nail Naiboğlu klip çəkib.

Tədbirin rəsmi hissi keçirildi. Səbəbkar media nümayəndələrinə və həmkar dostlarına yeni işini təqdim etdi. Klip nümayiş olunandan sonra mahnının sözlərinin müəllifi, tanınmış teleaparıcı Azər Şirin layihə ilə bağlı məlumat verdi: "Layihəyə yeni klip, albom və fotosessiya daxildir. Mahnı artıq bir neçə aydır ki, radio dalğalarında səslənir. Mahnının populyar olmasını nəzərə alıb, onu ekranlaşdırmaq qərarına gəldik. Rejissor Nail Naiboğlu "İki ürək" mahnısını ekranlaşdırdıqdan sonra, klipin tanıtım böyük səs-küyə səbəb oldu. Bunu nəzərə alaraq, klipdəki bəzi erotik görüntüləri kəsilib çıxarıldı və çəkilişlər yenidən aparıldı", - Azər dedi.

Onu da bildirək ki, layihənin prodüseri tanınmış radio aparıcısı Kazım Sübhan Bağırovundur.

Daha sonra Elçin, Azər və Nail əsas etrbariylə erotik mövzusunda ünvanlanan sualları cavablandırmağa çalışırdılar. Rejissor klipdə erotik səhnələrdə rol alan şəxslərin (aşiq və məşuq) razılığı ilə çəkildiyini dedi: "Açığı erotik səhnələrədə peşəkar aktyorlar çəkilməli idi. Həmin səhnələrdə çəkilmək üçün Azəbaycanın tanınmış simalarını dəvət etmişdik. Amma heç biri açıq səhnələrdə çəkilməyə razılıq vermədi. Sonda qeyri-peşəkar aktyorları çəkdik. Təbii ki, onların razılığı alınıb. Artıq onlar çəkiliş prosesinə gələndə bilirdilər ki, hansı səhnədə rol alacaqlar", - klipin rejissoru N.Naiboğlu söylədi.

Məlumat üçün bildirək ki, layihənin əsas qəhrımanı Elçin Hüseynov özüdür və o, özünü daha çox aktyor kimi sınayıb. Albom isə Elçinin 12 mahnısı, Elçin ilə model xanımın hazırlanan fotosessiyası kitabça şəkilində daxil edilib.

Tədbirin rəsmi hissə bitdikdən sonra bədii hissəsi başlanıldı. Hər zamankı kimi maraqlı məqamlar və diqqəti çəkən görüntülər. Elçin salonda düzülən masalar ətrafında əyləşən milli şou-biznesin tanınmış simalarına yaxınlaşıb, onlarla bir-bir salamlaşırdı. Bu da müğənnin səmimiliyindən irəli gəlirdi.

Tədbirin aparıcısı tanınmış sima Aynur Hacıyeva idi. A.Hacıyeva yaşıl rəngli paltarı ilə salonda daha çox diqqəti çəkən xanımlardan idi. Açıq dekolte sinəsi və uzun ətəkləri olan geyim daş-qaşlarla bəzədilmişdir.

Müğənni Emil Bədəlov, "Qala" qrupunun solistləri, meyxana ifaçısı Sadığ, yumorist Müşviq Tumurcuq və başqalarının əyləşdikləri masa Komunist Partiyasının növbədən kənar qurultayına bənzəyirdi. Qonaqların əksəriyyətinin əylənməsini, deyib-gülməsini və yeyib-içəməsini şahidi olduğumuz salonda, bu cür ciddi simalara rast gəlmək mümkün idi. Amma həmin ciddi simalar şıdırğı rəqsləri ilə özlərini əsl toy məkanında hiss edirdilər.

Həmçinin, müğənni Pərvin Lətifovun və Emil Bədəlovun ifa etdikləri lirik mahnılar qonaqların ürəyincə oldu. Bunu alqışlar təsdiqləyirdi.

Bundan başqa, hər zaman zaraftlarından geri qalmayan müğənni Əlikram Bayramovun məclisə gec gəlməsi və onun da əvvəl yorğun, ciddi simalı görünməsi məclisin ortalarında pozuldu. Müğənni əyləşdiyi stulda əllərini-qaldıraraq ifaçılar jest edirdi.

Tədbirin maraqlı məqamlarında biri isə müğənni Yusif Mustafayevin çıxışı oldu. Y.Mustafayev yaxın qohumu Elçini təbrik edib, ardınca "Ana" mahnısını ifa etdi. Qohumlar əl-qol açıb "Ana" mahnısına rəqs etdilər.

Ümumiyyətlə, tədbir xoş ab-havada və maraqlı təəssüratlarla yadda qaldı.

Fuad Mədətov

Movqe.Az