Obama Əfqanıstana səfər edib

2 May 2012 17:29 (UTC+04:00)

Mövqe.az xəbər verir ki , ABŞ prezidenti Barak Obama Əl Qaidə lideri Usamə bin Ladinin öldürülməsinin birinci ildönümü münasibətilə Əfqanıtana səfər edib. Gecə yarısı  paytaxt yaxınlığındakı Bagram hərbi bazasına Air Force 1 təyyarəsi ilə enən Obama Əfqanıstanın Prezidenti Hamid Karzai ilə görüşərək ölkədəki NATO qüvvələrinin 2014-cü ildə çıxıb getməsini əks etdirən müqavilə imzalayıb. Obamanın daha sonra Amerika əsgərlərinə səslənməsi gümün edilir. Müqavilədən qısa bir müddət sonra Obama: "Bu müqavilədən sonra  Əfqan xalqı və bütün dünya bilməlidir ki, Əfqanıstan Amerikanın dostudur. Amerika daim Əfqan xalqının yanında olacaq. Amerika və Əfqanıstan arasında yeni bir səhifə açıldı. Bu qarşılıqlı hörmətin ifadəsidir".

 Müqaviləyə əsasən   NATO qüvvələri bir daha Vaşinqton və Kabul arasında problemlərə gətirib çıxaran gecə əməliyyatlarını həyata keçirə bilməyəcək. NATO gecə əməliyyatlarında sadecə Əfqan qüvvələrinə kömək etməklə kifayətlənəcək. Əməliyyatdan öncə yerli rəhbərlikdən icazə alınacaq. ABŞ nəzarətində olan Bagram həbsxanası Əfqan  qüvvələrinə təhvil veriləcək.


Əfqanə Məzahirqızı

Mövqe.az