İran vətəndaşlarına Gürcüstana getməməyi tövsiyə etdi

12 Yanvar 2019 20:05 (UTC+04:00)

İran Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına "donuz qripi" səbəbindən Gürcüstana səfər etməməyi tövsiyə edib.

Movqe.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi saytının məlumatında bildirilir.

Məlumata görə, Gürcüstanda "donuz qripinin" yayılması ilə əlaqədar, bu ölkəyə səfər etmək istəyən İran vətəndaşlarına zəruri hallar olmadığı halda Gürcüstana getməmələri tövsiyə olunur.