Bakıda ağır yoı qəzası baş verib

29 Aprel 2013 11:16 (UTC+04:00)

Mövqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda "VAZ" və "RENO" markalı 2 minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 3 nəfər qəzada öüb və "RENO" markalı minik avtomobilində olan 2 nəfərin cəsədi xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılıb.  Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.Ərazidə müvafiq təhlükəsizlik tədbirləri də görülüb. Əməliyyat saat 00:05-də başa çatıb.