Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılışında iştirak ediblər

14 Yanvar 2019 11:03 (UTC+04:00)

Yanvarın 14-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.