Ümumdünya Gömrük Təşkilatı Azərbaycanın gömrük sahəsində korrupsiya ilə mübarizə təcrübəsini öyrənir

14 Yanvar 2019 12:07 (UTC+04:00)

Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Azərbaycanın gömrük sahəsində korrupsiya ilə mübarizə təcrübəsini öyrənir.

Trend-in məlumatına görə, bunu Bakıda təşkilatın Baş katibi Kunio Mikuriya deyib.

O qeyd edib ki, Azərbaycanın Dövlət Gömrük Komitəsi müxtəlif sahələrdə ciddi islahatlar keçirib:

“Bu islahatlardan biri korrupsiya ilə mübarizəni əhatə edir. Bununla əlaqədar istərdik ki, Azərbaycan öz təcrübə ilə bölüşsün və bu sahədə Ümumdünya Gömrük Təşkilatı çərçivəsində bu sahədə vacib rol oynasın”.