Diqqət ! Bu yolda hərəkət məhdudlaşdırılacaq

14 Yanvar 2019 16:47 (UTC+04:00)

Sumqayıt-H.Z.Tağıyev qəsəbəsinə gedən yol üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri işləri ilə əlaqədar olaraq 15 yanvar tarixində sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılacaq.

Sürücülərdən alternativ olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə etmələri tövsiyyə olunur.