Milli rep ifaçısı qələbə yolunda

2 May 2012 17:28 (UTC+04:00)

Gənc rep ifaçısı Orxan Həyat bu günlərdə 9 May Qələbə günü münasibətilə "Qələbə" adlı mahnısını dinləyicilərinin ixtiyarına verib. Movqe.Az xəbər portalının məlumatına görə, artıq internet üzərindən bəyənilərək yüklənən mahnını Orxan, Azərbaycana dair bütün qələbələrə həsr etdiyini bildirib.

 

Bu barədə Movqe.Az-a məlumat verən mətbuat katibi Sa Sa onu da qeyd etdi ki, yay aylarının birində Orxan xeyriyyə məqsədilə tədbirə hazırlaşır. Tədbirdə Azərbaycanın məşhur simalarının da iştirak edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Orxan Həyat "Həyat", "Tələ" və "Sevəcəyəm" adlı mahnıları ilə tanınır.

 

Fuad Mədətov

Movqe.Az