Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan qərargah faktiki hava şəraiti ilə bağlı məlumatı açıqlayıb. Movqe.az-a ETSN-də yaradılan Qərargahdan verilən operativ məlumata görə 17 yanvar saat 00:55 radələrində Bakıda və Abşeron yarımadasında müşahidə olan faktiki hava gözlənildiyi kimi Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi saat 23:00-24:00 radələrindən başlayaraq şimal-qərb küləyinə keçib. Küləyin sürəti 18 m/s, Abşeron dəniz rayonunda isə küləyin sürəti 19 m/s-dək güclənib, dalğanın hündürlüyü 3,1 metrə çatıb. Zülfiyyə Quluyeva