İsrailə təzyiq çağırışı

2 May 2012 18:28 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Fələstinin baş naziri Salam Feyyad, Qızıl Xaç və digər beynəlxalq təşkilatları Fələstinli məhbuslar üçün İsrailə təzyiq etməyə çağırıb.

Baş nazir Feyyad, Fələstin Qızıl Xaç Təşkilatının sədri Juan Pedro və Qərb Şəriyə Qızıl Xaç Təşkilat rəhbəri Nicolas Von Arx ilə Ramallahta keçirdiyi görüşdə beynəlxalq yardım təşkilatlarından Fələstinli məhbusların tələblərinin qarşılanması üçün daha çox səy göstərmələrini istəyib.

İsrailin Fələstinli məhbusların hüquqlarını pozduğuna diqqəti çəkən Salam Feyyad bu vəziyətin dəyişdirilməsi üçün İsrailə təzyiq edilməsi lazım olduğunu söyləyib.

Feyyad İsrailə etiraz etmək məqsədilə 2 mindən çox məhbusun aclıq tətili etdiyini deyib.


Əfqanə Məzahirqızı

Mövqe.az