“Freedom House” mətbuat azadlığı hesabatını yayımladı

2 May 2012 18:32 (UTC+04:00)

Mövqe.az bildirir ki, Mərkəzi ABŞ-da yerləşən "Freedom House"un nəşr etdiyi 2012 mətbuat azadlığı hesabatında 197 ölkə qiymətləndirilib.

Hesabatda mətbuatın ən azad olduğu ölkələr Finlandiya, Norveç və İsveç qeyd olunub.

Ən problemli ölkələr isə İran, Belorusiya, Özbəkistan, Türkmənistan və Şimali Koreya seçilib.

Türkiyə geriləyərək "qismən azad" ölkələr sırasında yer alıb. Keçən il Dünya Mətbuat Azadlığı siyahısında 112-ci sırada olan Türkiyə, bu il 197 ölkə arasında 117-ci sırada yer alıb.

Hesabatda bildirilib ki, "Türkiyə dünyada ən çox məhbus jurnalisti olan bir ölkədir".

Hesabata görə, Türkiyə mətbuat azadlığı siyahısında sırasını Kolumbiya, Konqo, Nepal və Seneqal kimi ölkələrlə paylaşır. Nigeriya, Mali, Tanzaniya kimi ölkələr isə onlardan ön sırada yer alıb.


Ziba Yusifova

Movqe.az