Messidən daha bir rekord

3 Fevral 2019 16:06 (UTC+04:00)

Barcelona-nın ulduz futbolçusu Lionel Messidaha bir rekorda sahib olub.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu ötən gün İspaniya La Liqasının oyunları çərçivəsində Valencia ilə qarşılaşmada iki qol vuraraq cari mövsümdə qollarının sayını 21-ə çatdırıb. Messi bununlada ardıcıl 11 il 20 qol həddini aşan ilk futbolçu olub.

Xatırladaq ki, Barcelona - Valencia qarşılaşması 2:2 hesablı heç-heçə ilə bitib.