"Mənim sevib seçdiyim sadə bir ailənin oğludur"
1 May 2013 00:35 (UTC+04:00)
Hamının "Toppuş bacı" kimi tanıdığı əməkdar artist Tünzalə
Əliyevanın nişanlanması xəbəri artıq yayılıb. Bu gün isə subaylığın
daşını atan "Toppuş bacı" şəxsi həyatında baş verən
dəyişikliklərdən söhbət açıb. "Toppuş bacı" nişanlanması haqqında
eksklüziv açıqlamısını "Şoubizə" edib. Əməkdar artist, Tünzalə
Əliyeva: "Bu mənim şəxsi həyatımdır. İstəmirəm ki, gec və təzə
qurduğum ailə həyatımda hər hansı bir xoşəgəlməz söz-söhbətlər
olsun. Bəli nişanlanmışam inşallah yaxın aylarda toy etmək fikrimiz
var. Ondan sonra oğlan toyu olacaq. Sadə bir insanam, mənim sevib
seçdiyimdə sadə bir ailənin oğludur. Toy gününü elan verəcəm, hansı
müxbir, hansı sayt, hansı efir kim istəyirsə gəlsinlər qonağım
olsunlar. Yesinlər, içsinlər, oynasınlar".