Saatlıda 30 yaşlı kişi özünü söyüd ağacından asıb

1 May 2013 11:25 (UTC+04:00)


Saatlı rayonunun Fətəlikənd kəndində 30 yaşlı kişi özünü asıb. 

Rayon Prokurorluğundan Mövqe.az-a verilən məlumata görə, 1983-cü il təvəllüdlü Kazım Abdullayev otlaq sahədə söyüd ağacından özünü asıb. Onun meyiti ərazidə çalışan yerli sakinlər tərəfindən aşkar edilib. İntiharın səbəbləri hələlik məlum deyil.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.