Piyada keçidinin olmaması ucbatından aeraport yolunda yeni bir qəza...

1 May 2013 13:16 (UTC+04:00)

Aeroport yolu "Binə" marketin qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Mövqe.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, yüksək sürətlə hərəkət edən MG markalı 90 KB 092 dövlət nömrə nişanlı avtomobil yoldan keçən piyada 1960-cı il təvəllüdlü Əlişova Sərancam Cahangir qızını vurub. Piyada aldığı zərbə nəticəsində hadisə yerindəcə keçinib. Şahidlərinin bildirdiyinə görə, hadisənin baş verməsinə əsas səbəb yolda piyada keçidinin olmamasıdır.

Sakinlər qeyd ediblər ki, bununla bağlı dəfələrlə adiyyatı orqanlara müraciət ediblər, ancaq nəticə olmayıb.

Sakinlərin dediyinə görə, bu həftə ərzində həmin yolda 5-ci yol-nəqliyyat hadisəsi baş verir. Ümumilikdə isə ay ərzində 10-15 belə hadisə yaşanır.