Faiq Ağayevdən Aygün Kazımovaya güclü dəstək

1 May 2013 14:21 (UTC+04:00)

Xalq artisti Faiq Ağayev həmkarları Aygün Kazımova və Brilliant Dadaşova arasındakı qalmaqal haqqında danışıb.

Mövqe.az-ın məlumatına görə, müğənnilərin "ATV" telekanalında yayımlanan "Onlar" verilişindəki süjetləri efirə getdikdən sonra qızıl şlyager "Facebook" səhifəsindəki profilində Aygün xanıma dəstək olub.
Onun yazdığı statusu olduğu kimi təqdim edirik:

"Mən deyəndə inamın gəlmirdi, dost. Əfsus, amma sənin də qismət payına yalançı, süni dostluğun dadı, idbar paxıllığın zərbəsi yazıldı. Şahid olduğuna cavab vermək məcburiyyətində qaldın. Halal olsun sənə, Aygün Kazımova. Halal olsun, dost".