Azərbaycan prezidenti Qobustan rayonunda səfərdədir

1 May 2013 14:28 (UTC+04:00)


Azərbaycan prezidenti İlham Əliyev Qobustan rayonunda səfərdədir.


Mövqe.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin xatirəsini yad edərək onun Qobustan şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.  Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov dövlətimizin başçısına Qobustanda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verib.