Tünzalə Ağayeva 10 kq arıqlayıb belə oldu... (FOTOLAR)

1 May 2013 14:35 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, sənətçi plastik əməliyyat etdirməsi ilə bağlı xəbərlərin yalan olduğunu deyib.

Müğənni bu haqda sosial şəbəkədəki səhifəsində yazıb:

"Son günlər mənə ən çox verilən sual "necə arıqlamısan?"dır. Hətta çoxları plastik əməliyyat etdirdiyimi düşünür. Bu, əsla belə deyil. Sağlam qida məsləhətçisi, eyni zamanda gözəl yazıçı, rəfiqəm Mələk Xəlilin seanslarının nəticəsində 5 ay müddətində 10 kiloqram arıqladım. Mələk xanım həyatıma sağlam qidalanma düşüncəsini gətirdi. İndi gündəlik qidaya baxışım dəyişib. Bu qayda məni ömür boyu formada saxlayacaq, sağlam edəcək"