Su xətti çəkərkən torpaq uçqununun altında qaldı

1 May 2013 14:48 (UTC+04:00)


Sumqayıt şəhər sakini Əhməd Dadaşov torpaq uçqununun altında qalaraq ölüb. Mövqe.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, aprelin 29-da Novxanı qəsəbəsinin ərazisində Sumqayıt şəhər sakini Əhməd Dadaşov su xətti çəkərkən torpaq uçqununun altında qalıb.


Nəticədə Dadaşov hadisə yerində ölüb.