Yemək yemədən dayana bilmir

1 May 2013 16:15 (UTC+04:00)

İngiltərənin paytaxtı Londonda yaşayan 5 yaşlı Ova Karviyə 9 aylıqkən qısa adı (PWS) olan "Prader Willi" sindromu diaqnozu qoyulub. Movqe.Az-ın məlumatına görə, genetik bir pozuqluq olan sindromun inkişaf əskikliyi, davamlı yemək yemə və heç bir şey öyrənə bilməmə kimi əlamətləri var. Ölkədə "PWS" ilə doğan 15 min uşaqdan biri olan Karvinin eyni genetik pozuqluğa sahib bütün uşaqlar kimi yemək istəyinə maneə törədilə bilinmir, bu səbəblə də obez xəstəliyi olma səbəbindən əlavə ürək-damar xəstəlikləri olmaq üzrə sağlamlıq problemləri yaşmağına əngəl törədə bilər. "Tapdığı hər şeyi yeyir, əlindən ala bilmirik, elə acdır. Böyük qardaşlarına onun qarşısında yemək yemələrini qadağa qoyduq." deyən anası Marika Karvi, qızı girməsin deyə mətbəxin qapısını kilidləyir. Restoran və ya kafelərdə kabus yaşadığını söyləyən Marika Karvi, "Gələcəkdə soyuducunu və digər yemək olan yerləri də kilidləyəcəyik. Onun yaxşılığı üçün yalnız sağlam qidaları veririk" deyir.