Təyyarədə yanğın çıxdı

1 May 2013 16:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İngilis əsilli Tomas Kuk Hava yollarına aid bir təyyarə, Bermuda təcili eniş etmək məcburiyyətində qalıb. Rəsmilər, Meksikanın "Cancun" şəhərindən İngiltərənin Mançester şəhərinə gedən təyyarənin pilotunun kabinində yanğın çıxması ilə təcili eniş üçün icazə istədiyini söyləyib. Təyyarənin müvəffəqiyyətlə endiyi və sərnişinlər, işçi heyətinin evakuasiya edildiyi ifadə edilib. Rəsmilər, təyyarədə olan 338 sərnişin və heyətdən yaralanan olmadığını açıqlayıb.