Oksana Rəsulova: "Mənə elə gəlir ki, dərin yaralar heç vaxt sağalmır"-Eksklüziv

1 May 2013 16:28 (UTC+04:00)
Tanınmış rəqqasə Oksana Rəsulova və repçi Elşad Xose rəsmən boşanıblar. Bu haqda Oksana xanım Mövqe.az-a açıqlamasında bildirib.Boşanma hər iki tərəfin razılığı ilə baş tutub:  " Boşanma hər ikimizin razılığı ilə reallaşdı. İlk öncədən bizim evliliyimizə dırnaq arası yanaşanlar var idi. Hətta bəziləri elə bilir ki, boşanmağımız belə əvvəlcədən planlaşdırılıb. Amma bu heç də elə deyil. boşanmağımız həqiqətdir. Biz boşanıb, bütün bağları kəsmişik, yalnız yaralar qalıb. Mənə elə gəlir ki, dərin yaralar heç vaxt sağalmır".