"British Medical Journal Open" jurnalında nümayiş olunan araşdırma nəticələrində, kök insanların şəkər xəstəliyinə tutulma riskinin 8 dəfə, qan laxtası əmələ gəlməsinin (tromboz) 4 faiz çox olduğu ifadə edilib. Bədənin kütlə indeksinin bir bal artmasının infarkt riskini 5 faiz, tromboz riskini 10 faiz və şəkər xəstəliyi riskini 20 faiz artırdığı təyin olunub. Araşdırmaçılar, köklükdən qaynaqlanan xəstəliklərin artmasının gələcək illərdə səhiyyə sisteminə daha əvvəl görülməmiş nisbətdə yük gətirə biləcəyinə diqqəti çəkib.