Saturndakı nəhəng qasırğa görüntülənib

1 May 2013 17:04 (UTC+04:00)

Movqe.az xəbər verir ki, NASA-nın kosmik vasitəsi "Cassini", Saturnun şimal qütbündə baş verən nəhəng qasırğanı görüntüləyib. Kassininin görüntülədiyi nəhəng qasırğanın gözünün 2010 kilometr genişliyində olduğu, "super sürətlə" döndüyü, qasırğanın xarici kənarındakı buludların saatda 531 kilometr sürətlə hərəkət etdiyi ifadə edilib. Kosmos vasitəsi "Cassini"nin yaxın zamanda, illərdir orada olduğu sanılan qasırğanı müşahidə etmə şansını əldə etdiyi bildirilib. Elm adamları, Saturndakı nəhəng girdabı araşdıraraq, Yerdəki qasırğalar haqqında daha ətraflı məlumat öyrənməyi ümid edir. "Cape Canaveral"dan 1997-ci ildə atılan Cassini, 2004-ci ildə Saturna çatmışdı.