Gənclərin 4-də 1-i işsizdir

1 May 2013 18:58 (UTC+04:00)

İspaniyadan Yunanıstan və Fransaya qədər Avropa ölkələrində işsizlik rekord qırır. İspan gənclər arasında işsizlik 57 faizə çatmış vəziyyətdədir. Movqe.Az "OECD"nin məlumatlarına istinadən bildirir ki, qlobal böhranın başlamasından bu yana inkişaf etmiş ölkələrdə təhsil xaricində və iş axtardığı halda bir iş tapa bilməyən gənclərin sayı 30 faiz artıb. Dünya daxilində 290 milyon işsiz gənc var. Yəni hər dörd gəncdən biri işsizdir. İşi olanların da çoxu hər hansı tapa bildikləri bir işdə, ya az ödənişli "part-time" işlərdə və ya az ödənişli etibarsız işlərdə çalışırlar. Gənc yaşda işsizlik, yalnız bir gənclik problemi deyil. Həyata işsiz olaraq addım atmaq sonrakı illəri də qaraldır. Gənc yaşda işsizliklə qarşı-qarşıya qalanların gəlir səviyyələri, tapa bildikləri işlərin xüsusiyyətləri, işə girdikləri zaman yüksəlmə imkanları, iş tapa bilən şanslı yaşıdlarından hər zaman geridə qalır. "Böhranlı bir qurşaq yetişir" xəbərdarlığını verən Beynəlxalq Əmək Təşkilatı, qlobal böhranın bəslədiyi işsizliyin ən böyük qurbanları olan gənclərin qəzəbinin artaraq ictimai problem yarada biləcəyini vurğulayır.