Saqqal və bığ yarışı keçirilib

1 May 2013 19:24 (UTC+04:00)

Almaniyada "Avropa Bığ və Saqqal Yarışması" təşkil edilib. Movqe.Az-ın məlumatına görə, çox sayda iştirakçının qatıldığı "Avropa Bığ və Saqqal Yarışması"nda münsiflər ən qeyri-adi bığ və saqqalı seçməkdə çətinlik çəkiblər. İştirakçılar, 18 fərqli kateqoriyada bir-birlərindən üstün olmağa çalışıblar. Avrupanın dörd tərəfindən yarışa qatılan iştirakçılar, münsif lərin qarşısına çıxmadan əvvəl saqallarını fenləyərək, müxtəlif formalar veriblər.

İştirakçılar, bığ və saqqallarına uyğun kostyumlar da seçiblər.