Acun Hadisə ilə bağlı açıqlama verdi

1 May 2013 17:58 (UTC+04:00)

Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  məşhur müğənni Hadisənin "O Səs Türkiyə" münsiflər heyətindən çıxarıldığı xəbərləri ilə bağlı Acun Ilıcalı, "Twitter" hesabından şərh verib. Ötən günlərdə Hadisənin, yeni mövsümdə yayımlanacaq "O Səs Türkiyə" nin münsif üzvlüyündən də çıxarıldığı iddiaları meydana çıxmışdı. Bu xəbərdən sonra proqramın prodüseri və serveri Acun Ilıcalı səssizliyini pozdu və "O Səs Türkiyə" münsifi haqqında şərh etdi. Ilıcalı sosial şəbəkə "Twitter" hesabından "Hadisənin münsiflər heyətindən çıxardırıq xəbərlərinə məna verə bilmirəm! Belə bir vəziyyət olsa şərhi biz özümüz edərik. Düşünürəm ki, belə bir xəbər niyə çıxdı? Xəbərin qaynağını araşdırdım qaynaq tapmadım! Qaynaq yoxdursa, xəbər niyə var?" sözləri ilə xəbərləri təkzib etdi.