Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna yeni direktor təyin olunub.
Bunu Movqe.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Onun sözlərinə görə, bu vəzifə Elnur Heydərova həvalə edilib.
Xatırladaq ki, o, buna qədər Azərbaycan Dövlət Aqrar Universitetində çalışıb.