Jurnalistlərə dövlət tərəfindən tikilən mənzillər iyulun 22-də verilə bilər

2 May 2013 12:42 (UTC+04:00)

Azərbaycanda dövlət tərəfindən jurnalistlər üçün nəzərdə tutulan binanın tikintisi başa çatıb.


Mövqe.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib.

 

O qeyd edib ki, tikintisi başa çatan binada təmir işlərinin 22 İyula qədər başa çatdırılması üçün böyük səy göstərilir. Əgər həmin vaxta qədər təmir işləri başa çatarsa, jurnalistlərə evlər  22 İyul - Milli Mətbuat Günündə təqdim olunacaq. Onun sözlərinə görə, 16 mərtəbəli bina 156 mənzildən ibarətdir.