Elmar Məmmədyarov Hindistan və Şri-Lankaya səfər edəcək

2 May 2013 13:29 (UTC+04:00)

2-8 may tarixlərində xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Hindistan və Şri-Lankaya  səfər edəcək. 

 

Mövqe.az-ın Xarici İşlər Nazirliyindən aldığı məlumata görə, səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Görüşlərdə ikitərəfli münasibətlərin inkişafına dair məsələlər müzakirə ediləcək.