Axır ki, barışdılar

2 May 2013 14:15 (UTC+04:00)

Bir yarışma proqramı layihəsinə görə araları dəyən türk model Çağla Şikel ilə Alişan barışdılar. Çağla Şikel və Emre Altuğdan canlı yayında üzr istəyən Alişan, barışdıqlarını söyləyib. Movqe.Az türk mediasına istinadən bildirir ki, Alişan mətbuat mənsublarına, "Bu gün Çağlayla birlikdəydik. Üzr istədim və evinə getdim. Barışdıq. Yenidən yan-yana gəlmək məni çox xoşbəxt etdi" deyib. Xatırladaq ki, müğənni bir neçə gün əvvəl qatıldığı bir televiziya proqramında Çağla Şikel-Emre Altuğ cütlüyündən üzr istəmişdi.